Daha bir beynəlxalq təşkilat seçkiləri müşahidə edəcək

Daha bir beynəlxalq təşkilat seçkiləri müşahidə edəcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərəcək. SİA-nın xəbərinə görə, müşahidə missiyası oktyabrın 30-da fəaliyyətə başlayacaq. Müşahidə missiyası Bakı və Gəncə şəhərində seçki prosesini müşahidə edəcək.

Qeyd edək ki, noyabrın 1-də Azərbaycanda V çağırış parlament seçkiləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə