"AXCP-nin saxta qurultayı haqqında söylənilən bütün fikirlərlə tam razıyam. Çünki qurultayda bir çox məsələlər artıq öncədən planlaşdırılmşıdı". Bu fikirləri SİA-ya açıqlamasında AXCP Etimad Qurultayı təşkilat komitəsinin sədr müavini Səbuhi Aslanbəyli deyib.
Onun sözlərinə görə, qurultaya pul müqabilində qatılanlar da olub: "Əli Kərimlinin qoçuları qurultaya pulnan adam yığıblar ki, baxın biz möhtəşəm tədbir keçirə bilirik. Şəkillərdən də görünür ki, əllərini qaldırıb səs verənlərin böyük əksəriyyəti qurultay nümayəndələri deyil. Bütün bunları nəzərə alaraq AXCP-nin qurultayını legitim saymırıq. Bu gün AXCP-nin 76 rayon şöbəsinin 40-ı bizi dəstəkləyirsə, o zaman 36 rayon şöbəsi ilə keçirilən qurultay necə legitim sayıla bilmər? Bunu Əli Kərimli özü-özünə sual etsə, yaxşı olar".
Səbuhi Aslanbəyli vurğulayıb ki, qurultayda Sahib Kərimli sədr seçilsəydi, onu da qəbul etməyəcəydik: "AXCP Etimad Qurultayı təşkilatı qarşı tərəfi dəvət etdi ki, birgə qurultaya gedək. Ondan sonra kim istəyirdi namizədliyini verə bilərdi. Amma onlar parçalanmanı göz önünə alaraq təklifimizi dəyərləndirmədilər. Ona görə də artıq biz öz qurultayımıza hazırlaşırıq. O ki qaldı qurultaya dəvət olunaacaq siyasi partiyalara, biz bütün siyasi partiyaları dəvət edəcəyik".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB