Zakir Qaralov: “Cinayət işlərinin siyasiləşdirilməsi yolverilməzdir”
"Jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı açılan cinayət işi üzrə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq əməliyyat qrupu yaradılıb və cinayət işi hərtərəfli araşdırılıb". SİA-nın məlumatına görə, bunu bu gün açıqlamasında baş prokuror Zakir Qaralov deyib.
Onun sözlərinə görə, hüquqi müstəvidə araşdırılan cinayət işlərinin siyasiləşdirilməsi yolverilməzdir: "Bu cinayətdə iştirak edən şəxslər müəyyən edilərək onların barəsində tədbir görülüb. Yaxın zamanlarda iş məhkəməyə göndəriləcək. Bu məsələnin siyasiləşdirilməsi yolverilməzdir. Dünyanın hər bir ölkəsində jurnalist qətlləri baş verir. Biz bundan təəssüf hissi keçiririk. Bu, bizim cəmiyyətə xas olan hal deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB