“Ermənistan hadisələri başqa istiqamətə yönəltməyə çalışır" AÇIQLAMA

“Ermənistan hadisələri başqa istiqamətə yönəltməyə çalışır" AÇIQLAMA

"Bu gün heç kimə sirr deyil ki, Azərbaycanla Ermənistan arasında informasiya müharibəsi gedir. Bununla belə mütəmadi olaraq təmas xəttində erməni hərbiçiləri tərəfindən atəşkəs pozulur". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov deyib.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığında Azərbayandakı qaçqın və məcburi köçkünlərin sayının 1299 nəfər göstərilməsindən ilk öncə ermənilər yararlanmağa çalışır: "Görünür, qaçqın deyəndə BMT Qaçqınlar üzrə Ali Komissarlığı Ermənistandan vaxtilə qaçqın düşən azərbaycanlıları nəzərdə tutur. Çünki biz dəfələrlə demişik ki, erməni hərbiçilərinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində bir milyon qaçqın və məcburi köçkün öz yurd-yuvalarından didərgin düşüb. Amma Ermənistanın BMT-dəki nümayəndəsi BMT Qaçqınlar üzrə Ali Komissarlığında söylənilən rəqəmi eynilə təkar etməsi problemi başqa istiqamətə yönəltməyə çalışır. Ermənistan bir növ problemin mahiyyətindən qaçmaq istəyir. Hesab edirəm ki, hadisələri ancaq bu cür qiymətləndirmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə