Deputatlar Qırğızıstana səfər edəcəklər

Deputatlar Qırğızıstana səfər edəcəklər

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov TürkPA-nın xətti ilə, deputatlardan Sədaqət Vəliyeva MDB İcraiyyə Komitəsinin, Rüfət Quliyev, İqbal Məmmədov və Milli Məclis Sədrinin köməkçisi - MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov isə MDB PA-nın xətti ilə oktyabrın 1-dən 5-dək Qırğızıstan Respublikası parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün bu ölkəyə səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, parlamentarilərimiz ölkənin paytaxtı Bişkək şəhərində bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə