Hikmət Hacıyev: “Münaqişəsinin köklü səbəbləri araşdırılmır” AÇIQLAMA
"Azərbaycan tərəfi dəfələrlə bəyan edib və təklif olunmuş faktlarla sübut edib ki, Ermənistanın mövqeyi danışıqlar prosesini imitasiya etmək və işğal, təcavüzə əsaslanan mövcud "status-kvo"nu davam etdirməkdir". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
XİN sözçüsünün sözlərinə görə, onlar hər vəchlə bu "status-kvo"nu möhkəmləndirməyə çalışırlar: "Ermənistanın əsas siyasətinin mahiyyəti məhz budur. Təəssüflər olsun ki, bunun fonunda da bir sıra beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatlar ikili standartlara əsaslanır. Beləcə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin köklü səbəbləri aparılmır və verilən bəyanatlar ünvanlı xarakter daşımır. Nəticədə təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında heç bir fərq qoyulmur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB