Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sentyabrın 27-də AXCP qurultayında müxalifət partiyalarını hakimiyyətə işləməkdə ittiham edib. O, yalnız AXCP-ni hakimiyyətə işləməməklə nümunə göstərib. SİA olaraq da biz müxalifət partiyalarının rəhbərlərindən Əli Kərimlinin söylədiyi fikirlərə münasibət öyrənməyə çalışdıq.
.jpg)
Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev: "Azərbaycanda heç bir müxalif partiyanın hakimiyyətə işlədiyini demək olmaz. Bu, absurddur. Sadəcə olaraq müxalifət partiyaların bəzisi Əli Kərimli və onun ətrafı kimi vəhşi, taliban təfəkküründən ibarət qruplardır. Digər qrup isə radikallıqdan uzaq, konstruktiv masa arxasında əyləşib söhbət edilməli qrupdur. Burada əsas fərq budur. Əgər diqqət yetirsəniz, Əli Kərimli uzun illərdir bütün müxalif qüvvələri vurmaqla məşğul olub. Bu insan istəyir ki, hamını öz cəbhəsində məhv eləsin və şantajla sıradan çıxarsın. Beləcə özünü yeganə müxalifətçi kimi göstərmək istəyir. Səbəb isə bəzi xarici dairələrdən gələn qrantları tək mənimsəmək, müxalifət adından tək danışmaqdır və s. Onların qurultayları, sədrlik seçimləri, danışdıqları sözlər də formaldır. Azərbaycan müxalifətində təmsil olunan insanlar qurultay, sosial şəbəkələrdən hansısa pafoslu bəyanatlar istəmirlər".
.jpg)
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə: "Ümumiyyətlə deyim ki, əgər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) iqtidarla əlaqəli deyildisə, axı necə olurdu ki, Əli Kərimli ard-arda deputat seçildi. Amma sonradan ona mandat verilməyəndə incimişdi. İqtidarla işləyən birinci qüvvə elə AXCP-nin özü idi. Ona görə də deyirlər ki, "adını sənə qoyaram, səni yana-yana qoyaram". Qoy, o nə deyir desin. Ümumiyyətlə AXCP-nin taleyi məni heç maraqlandırmır. Məni yalnız Azərbaycanın və öz partiyamın taleyi maraqlandırır".
Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli: "Ümumiyyətlə politologiyada siyasi partiyaların qarşıya qoyduğu vəzifələr barədə hər şey açıq aydın göstərilib. Bu vəzifələrdə müxalifətçiliyin statusları da müəyyənləşdirilib. Müxalif və hakimiyyətdə olan siyasi partiyaların hansı statuslu fəaliyyəti açıq aydın qeyd olunub. Əgər hər hansı bir siyasi qurum hakimiyyətdə təmsil olunmursa təbii ki, bu, müxalif siyasi qurum adlanır. Burada yeni bir nəzəriyyəyə ehtiyac yoxdur. Məsələ ondan ibarətdir ki, hansısa partiya milli mənafelərindən, şəxsi maraqlarından imtina edirsə bunu hakimiyyətə işləmək kimi qiymətləndirmək düzgün deyil. Dünyanın hər bir ölkəsində də müxalif siyasi düşərgə məhz belə edir. Milli maraqlar gündəmə gələndə artıq burada iqtidar-müxalifət söhbəti olmur. Bir sözlə, hamı eyni mövqedən çıxış edir. Mən Əli Kərimlinin söylədiklərini bu məsələləri düzgün anlamaması kimi dəyərləndirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB