Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda bu ilin noyabrın 1-nə təyin edilmiş parlamentə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
MSK sədri Məzahir Pənahov bildirib ki, bu il keçiriləcək parlament seçkilərində 427 nəfərin deputatlığa namizədliyi qeydə alınıb: "Seçkilərdə iştirak etmək üçün 1753 nəfər müraciət edib. Onlardan 565-i siyasi partiyalar, 62-si "Azadlıq-2015" seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1123 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1645-nin namizədliyinin irəli sürülməsi təsdiq edilib".
M.Pənahov qeyd edib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1553 nəfəri imza vərəqəsi alıb: "665 nəfər artıq imza vərəqələrini qaytarıb".
MSK sədri bildirib ki, seçkiləri izləmək istəyən 110 müşahidəçidən 10-u qeyri-hökumət təşkilatları, 91-i öz təşəbbüsü, biri isə xüsusi icazə əsasında qeydə alınıb. Onun sözlərinə görə, seçkilərlə bağlı MSK-ya 17 müraciət daxil olub, onların da əksəriyyəti təmin edilib.
MSK Katibi Arifə Muxtarova deyib ki, 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyini irəli sürmüş Müsavat Partiyasının üzvü Dadaş Əhmədli seçki dairəsinin qərarını mübahisələndirib. A.Muxtarova deyib ki, D.Əhmədlinin müraciəti Ekspert Qrupu araşdırıb. Məlum olub, onun təqdim etdiyi 550 imzadan 192-si etibarsız olub. İclasda DSK-nın Dadaş Əhmədlinin namizədliyini qeydə almaması ilə bağlı qərarı qüvvədə saxlanılıb.
Sonda cari məsələlərə baxılıb.
Qeyd edək ki, bu il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB