"ATƏT ölkələrinin heç birində həmin qurumun sözçüsü yoxdur" AÇIQLAMA
"Parlamentarilər məhkəmə orqanına çevrilə bilməzlər. Çünki onlar öz-özlüyündə müxtəlif ölkələrin siyasi ideologiyaları, bütün hallarda o dövlətlərin iqtisadi korporasiyaları ilə yaxından əlaqəli olduqları üçün fərqli maraqları təmsil edirlər. Konkret bir institutun möqeyinin necə olmağından asılı olmayaraq parlamentarilər hər zaman əməkldaşlığa, yaxşı əlaqələrə, hüquqi və siyasi mübadilələrə, danışıqlara meyilli olmalıdırlar, nəinki sanksiyalar tədbiq etməyə və yaxud da ultimativ bəyanatlara". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Zahid Oruc qeyd edib ki, Azərbaycan üçün keçmişin bir təcrübəsi var: "Belə ki, hər bir məsələ o dövürdə baş vermiş eyni hadisələrlə müqayisə olunur. Vaxtilə Kremldən də Azərbaycana qarşı qərəzli, ikili standartlara hesablanan fikirlər təlqin olunurdu. Yəni, Moskva öz bildiyi siyasəti yürüdür və bu halda müttəfiq respublikaların maraqları heç nəzərə alınmırdı. İndi eyni siyasət bu gün Strasburqdan, Brüsseldən yürüdülür. Bu halda Azərbaycan insanı üçün düşünməyə belə bir əsas yaradır ki, bizim müstəqilliyimizin məğzi nədir? Əgər biz müstəqil respublika qurmuşuqsa, bu müstəqillik əməli fəaliyyətdə müstəqil daxili və xarici siyasətdə özünü göstərməlidir. Birmənalı şəkildə demək olar ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşçdirdiyi müstəqil strategiya bu gün Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir".
Millət vəkili əlavə edib ki, Avropa Şurası öz müşahidə missiyasını Azərbaycana parlament seçkilərini izləməyə göndərməsi digər beynəlxalq qurumların qərarlarının yalnış olduğunu göstəricisidir: "İkinci tərəfdən həqiqətən bu məsələ ətrafında seçilən taktika, mövqe heç bir nəticə verməyəcək. Seçkini tanınmamaq, legitimliyi ortaya atmaq və sair bunlar heç bir halda xalqımızın iradəsini əvəz edə bilməz. Beynəlxalq təşkilatların belə bir səlahiyyəti mövcud deyil ki, onlar hakimiyyət orqanlarını nəzəri formalaşdırsın. Bəlli formada demək istəyirlər ki, Azərbaycan parlamentinin formalaşmasını onlarla məsləhət etməliyik. Əgər onlarla razılaşmırıqsa o zaman müşahidəçi göndərməyəcəklər. Bəzən ATƏT-in Bakı ofisinin ətrafında bir sıra məsələləri əlaqələndirirlər. ATƏT ölkələrinin heç birində həmin qurumun sözçüsü yoxdur. Bunu tam məsuliyyətimlə deyirəm. İkincisi müşahidə məsələsi hər bir ölkənin özünün seçimi ilə müəyyənləşir. Orada məcburən bir beynəlxalq qurumun özü iddiada bulunmur ki, seçkiləri müşahidə etsin. Üçüncüsü isə BMT-nin missiyası bu məsələ üçün var. O ölkələrdə ki orada hökümət orqanları yoxdur, siyasi təsisatlar tamamilə çöküb, dövlət və vətəndaş anlayışı itib. Bu halda BMT və ya ATƏT gedib hansısa bir mandatla orada sözügedən prosesi həyata keçirir. Ona görə də hesab edirəm ki, Azərbaycan statusunda, Azərbaycanın timsalında belə bir mənzərə yaratmaq olmaz ki, bu beynəlxalq qurumların rəyi olmadan seçkilərin nəticəsi qəbul olunmayacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB