Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Məclisinin 70-ci sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka yola düşüb. SİA-nın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək toplantılarda iştirakı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə