"Müxalifət yalnız parlament seçkilərdə iştirakdan imtina edə bilər. Boykotu isə xalq edə bilər". Bunu SİA-ya millət vəkili Aqil Abbas müxalifətin bu ilin noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini boykot etməsi çağırışına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, müxalifətin yalnız 3-4 partiyası seçkilərdən imtina edə bilər: "Bu gün onlardan təxminən 8-i Milli Məclisdə təmsil olunurlar. "Milli Şura" ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) seçkiləri boykot etməsini ümumilikdə hamısına şamil etmək olmaz. Onların seçkiləri boykot etməsində əsas məqsəd isə seçilməmələri ilə bağlıdır. Xalqdan səs toplaya, dəstək ala bilməyəcəklərini düşünərək bu kimi addımlar atırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB