Yeni səfir etimadnaməsinin surətini təqdim etdi FOTOLAR

Yeni səfir etimadnaməsinin surətini təqdim etdi FOTOLAR

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri İmre Laslotskini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə İ.Laslotski etimadnaməsinin surətini nazirə təqdim edib.

Səfir Azərbycanla Macarıstan arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov İ.Laslotskiyə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə