“Ermənistan müxalifəti Azərbaycanın qüdrətli dövlət olduğunu dərk edir" AÇIQLAMA

“Ermənistan müxalifəti Azərbaycanın qüdrətli dövlət olduğunu dərk edir" AÇIQLAMA

"Erməni müxalifət liderlərinin Azərbaycan tərəfinə keçməsi ölkəmizin sülhsevər dövlət olduğunun bariz nümunəsidir". SİA-nın məlumatına görə, bunu millət vəkili Kamilə Əliyeva söyləyib.

Millət vəkili bildirib ki, artıq Ermənistan müxalifətində olanlar anlayırlar ki, Azərbaycan çox güclü, qüdrətli dövlətdir: "Azərbaycan iqtisadi cəhətdən kifayət qədər inkişaf edib. Ermənistan da ölkəmizin hərtərəfli inkişafını anlamağa başlayıb. Bu da bir daha sübut edir ki, onlar Azərbaycanın qarşısında tab gətirmək iqtidarında deyil. Güman edirəm ki, tez bir zamanda Ermənistanın rəhbər orqanları da müxalifət kimi Azərbaycanın qüdrətli dövlət olduğunu dərk edəcək. Ona görə də bu müxalifət liderlərinin Azərbaycana qarşı atdığı ilk addımıdır. Onlar artıq Azərbaycanla yalnız sülh yolu ilə danışıqların Ermənistan üçün uğurlu olacağına inanır. Belə ki, onlar hərbi yolla heç bir zaman Azərbaycanın qarşısında dayana bilməz. Bir sözlə Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində tezliklə öz torpaqlarımızı erməni təcavüzkarlarından azad edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə