Qənirə Paşayeva: "Mübarizəmizi daha da genişləndirəcəyik" AÇIQLAMA
"Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi bu qətnamə tamamilə qərəzli və ədalətsizdir". Bu sözləri SİA-ya millət vəkili Qənirə Paşayeva Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə haqqında danışarkən deyib.
O bildirib ki, Avropa Parlamentini heç bir zaman azərbaycanlı qaçqın və məcburi köçkünlərin haqlarının pozulması maraqlandırmayıb: "İnsanlarımızın əksəriyyəti bu qətnamənin qərəzli və ədalətsiz olduğunu çox yaxşı bilir və yaxşı anlayır. Avropa Parlamentini heç bir zaman Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz evinə dönə bilməyən bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün haqları maraqlandırmayıb. Ermənistan tərəfindən bir milyon insanın haqlarının pozulması Avropa Parlamentini heç vaxt maraqlandırmayıb. Bu haqlar Ermənistan tərəfindən 20 ildən artıqdır ki, pozulur. Lakin onlar bunun qarşısını almaq üçün heç bir zaman Ermənistana təzyiq etməyiblər. Avropa Parlamentinin qərarlarının nə qədər qərəzli və ədalətsiz olduğunu, bu qüvvələrin Azərbaycana qarşı aktiv şəkildə fəallaşmasının və bu fəallaşmanın arxasında duran səbəbləri xalqımız çox yaxşı anlayır. Buna görə də Avropa Parlamenti bu istiqamətdə apardığı fəaliyyətlə bağlı maraqlarına heç vaxt nail ola bilməyəcək".
Qənirə Paşayeva qeyd edib ki, bununla bağlı dünyanın hər yerində, Avropada olan dostlarımızla birgə Avropa Parlamentinin bu qərarının nə qədər ədalətsiz olduğunu geniş şəkildə bütün platformalarda duyurmalıyıq: "Siyasətçilərimiz və qeyri-hökumət təşkilatlarımızla birgə bunun Azərbaycana qarşı nə qədər qərəzli və ədalətsiz bir qərar olduğunu geniş şəkildə hamıya çatdırmalıyıq.
Azərbaycanda gedən inkişaf proseslərini və Post Sovet ölkələri arasında ən öndə gedən ölkələrdən biri olduğumuzu çox gözəl bilirlər. Amma həmin qüvvələri bunlar maraqlandırmır. O qüvvələrin başqa maraqları var və bu maraqları Azərbaycana diktə etmək üçün bu cür təzyiq yollarına əl atırlar. Azərbaycan xalqı buna heç bir zaman imkan verməyəcək. Biz bunu bütün dünyaya geniş şəkildə çatdırmalıyıq. Azərbaycana qarşı olan bu ədalətsizliklə bağlı mübarizəmizi daha da genişləndirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB