Almaniyalı qonaq: "Bu günə kimi Azərbaycanda olmadığıma görə, təəssüflənirəm" MÜNASİBƏT
"İlk dəfədir ki, Azərbaycanda oluram. Bu günə kimi Azərbaycana gəlmədiyimi görə, çox təəssüflənirəm". Bu sözləri SİA-ya PICARD ("Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı") konfransının iştirakçısı, almaniyalı qonaq Achim Rogmann deyib.
"PICARD konfransı zamanı bir çox yerlərdə olduq. Mən Azərbaycanda şəhərdən kənar həyatı da öyrənmək istərdim. Bu mənim üçün çox maraqlı olardı"- deyə, qonaq bildirib.
Özü haqqında məlumat verən qonaq hüquq üzrə professor olduğunu deyib: "Əsas maraqlarım gömrük hüququ üzrədir. Univesitetdə dərs deməkdən əlavə, 10 ildən artıq müddətdə Almaniya Federativ Respublikasının gömrük administrasiyasında çalışmışam. Hətta beynəlxalq əlaqələrlə də maraqlanıram və araşdırmalarım mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB