Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana səfərə yola düşüb. Bu barədə SİA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib.
Xarici işlər naziri Elmar Məmmədyarov 10 sentyabr 2015-ci il tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının Astanada keçiriləcək iclasında iştirak etmək üçün Qazaxıstana səfərə yola düşüb.
TDƏŞ-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB