Uilyam Leysi Sing: “Münaqişәlәrin qısa zamanda hәlli yoxdur” AÇIQLAMA

"Dünyada münaqişələrin başvermə səbəbi ilə misli görünmәmiş humanitar böhran yaranır". SİA xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan Beynәlxalq Miqrasiya Tәşkilatının baş direktoru Uilyam Leysi Sing bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, baş verən münaqişələr zəmnində xüsusilә Şimali Afrika vә Qәrbi Asiyadan insanların Avropaya axını başlayıb: "Bir çox ölkәlәrdә doğulanların sayı ölәnlәrin sayından azdır. Cәnubda gәnc insanların sayının çoxluğu böhrana sәbәb olur. Düşünürəm ki, hazırda baş verәn münaqişәlәrin qısa zamanda hәlli yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...