Politoloq: "Rusiya Qafqazda mövqeyini itirə bilər" AÇIQLAMA

"Amerika Birləşmiş Ştatlarının və Avropanın Qafqazda möhkəmlənməsi Rusiyanın bu regionda mövqeyinin itirməsinə gətirib çıxara bilər". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseyni söyləyib.

Politoloq bildirib ki, bununla da Amerika bölgə savaşına deyil, qlobal savaşa girişmiş olur: "Amerika üçün əsas məsələ Rusiyadır. ABŞ bütün potensial imkanlarını bura yönəldib. Əslində bu məsələ mətbuatda bir o qədər də işıqlandırılmasa da ABŞ tərəfindən Rusiya ilə yanaşı, Çinə qarşı da ciddi işlər aparılır. Əsas iqtisadi sanksiyalar, Rusiyanın Ukraynaya təzyiqləri göstərir ki, ABŞ-ın birinci məqsədi Rusiyadır. Rusiyanı zəiflədib, oranı hakimiyyət dəyişikliyinə və yaxud da Rusiyanı parçalamağa nail olmaq ABŞ-ın strateji məqsədlərinə daxildir. Belə ki, Rusiyanı zəiflətdikdən sonra bölgələrdə rahat nəfəs ala biləcək. Bir sözlə bölgədə ABŞ Rusiya rəqabəti var və bölgənin enerji resursları üstündə ABŞ ciddi mübarizə aparır. Bu zaman da Rusiyanın müqavimətinə rast gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...