YAP Mərkəzi Seçki Qərargahının Qubada zona müşavirəsi keçirilib FOTOLAR - VİDEO
Bu gün Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının qərargahında partiyanın Mərkəzi Seçki Qərargahının Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayon şöbələrinin üzvlərinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar zona müşavirəsi keçirilib.
Tədbirdə YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, YAP-ın Şimal bölgəsi üzrə rayon təşkilatlarının sədrləri, eləcə də qərargah üzvləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov açaraq qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Qərargahının rayon şöbələrində toplantıların keçirilməsinə artıq start verildiyini bildirib. Noyabrın ayında Milli Məclisə növbəti seçkilərin keçiriləcəyini deyən Ə.Əhmədov bildirib ki, sentyabrın əvvəlində seçki kampaniyasına rəsmi şəkildə start veriləcək. YAP Sədrinin müavini Partiyanın bu seçkilərə bir müddətdir ki, hazırlaşdığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, YAP-ın yerli strukturları, partiyanın fəalları hazırlıq prosesinə cəlb olunublar: "Rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər. Hesab eldirəm ki, YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur".
Yeni Azərbaycan Partiyasının qələbəsini şərtləndirən əsas amillərdən danışan Əli Əhmədov qeyd edib ki, bunlar ölkəmizdə mövcud olan siyasi ab-hava, Prezident İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, sabitlik, əminamanlıqdır: "Ötən seçkilərdən keçən müddətlə indiki vəziyyəti müqayisə etsək, Azərbaycanda əzəmətli, möhtəşəm inkişaf baş verib, insanların həyatı müsbət mənada əhəmiyyətli dərəcədə dəyişib, bütövlükdə ölkəmiz yeniləşib, müasirləşib. Təbii ki, bu müsbət dəyişikliklər qarşıdan gələn parlament seçklərində YAP-ın parlaq qələbə qazanmasında mühüm rol oynayacaq".
Azərbaycanda sabitliyin, əmin-amanlığın ən vacib amillərdən olduğunu qeyd edən Əli Əhmədov deyib ki, hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir: "İnsanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcəkdir".
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb: "Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də, gözlərimizin önündə yeni müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, vətəndaşlar indiki reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər".
YAP-ın növbəti parlament seçkilərinə məhz bu nailiyyətlərlə getdiyini deyən Əli Əhmədov bildirib ki, insanlar hər bir partiyaya, xüsusilə də, hakimiyyətdə olan partiyaya görülən işlərə görə qiymət verirlər: "Biz də növbəti parlament seçkilərinə gedərkən hesab edirik ki, Azərbaycan vətəndaşları onların həyatında, bütövlükdə ölkəmizdə baş verən müsbət proseslərə istinad edərək YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər".
Ə.Əhmədov Quba rayon təşkilatının gördüyü işlər barədə çıxış etmək üçün sözü rayon təşkilatının sədri Ədalət Nəbiyevə verib.
Rayon təşkilatının sədri müşavirənin işinə uğurlar arzulayıb və bildirib ki, hər bir partiya üçün seçki qədər əhəmiyyətli ikinci bir məqam yoxdur: "Müasir, demokratik dövlətlərdə seçki əhalinin öz iradəsini ifadə etməsinin ən əsas formasıdır. Çünki, seçkidə iştirak etməklə seçicilər dövlətin istər qanunverici, istərsədə icraedici orqanlarının formalaşdırılması və fəaliyyəti üzərində nəzarət etmək imkanı və hüququ əldə edir. Vətəndaşların seçki hüququ siyasi hüquq olmaq etibarı ilə onların Konstitusiya ilə təsbit olunmuş huququdur. Yeni Azərbaycan Partiyası 1995, 2000, 2005 və 2010-cu illərdə keçirilən parlament seçkilərində uğurla iştirak etmiş və parlamentdə səs çoxluğunu qazanaraq bütün parametlərinə görə hakim partiya statusu əldə etmişdir. İnanırıq ki, bu il keçiriləcək parlament seçkiləri də əvvəlki seçkilərdə olduğu kimi yüksək səviyyədə baş keçiriləcək və xalqımız Umummilli Lider Heydər Əliyevin siyasi kursunu çox böyük uğurla həyata keçirən, ölkəmizin xoşbəxt və firavan gələcəyinin təminatçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşən Yeni Azərbaycan Partiyasinın namizədlərinə səs verəcəklər".
Sonra çıxış üçün söz YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayevə verilib. N.Ağayev rayon təşkilatında seçki prosesi ilə bağlı lazımi tədbirlərin görüldüyünü qeyd edib, qarşıdan duran vəzifələrdən danışıb. Bildirib ki, Mərkəzi Seçki Qərargahının qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Xaçmaz rayon şöbəsi fəaliyyətini genişləndirəcək, seçkilərdə qazanılacaq qələbəyə öz töhfəsini verəcəkdir.
Sonda Əli Əhmədov bir daha Parlament seçkiləri ilə əlaqədar öz tapşırıq və tövsiyyələrini verib.
Bununla da müşavirə başa çatıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



