Rövşən Rzayev: “Ermənilər yanaşmalarını başqa cür qurdular” AÇIQLAMA

Rövşən Rzayev: “Ermənilər yanaşmalarını başqa cür qurdular” AÇIQLAMA

"Ümumiyyətlə, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı olan və ölkəmizi dəstəkləyən dövlətlər var. Bununla belə, qərəzli mövqedə dayanan deputatlar da mövcuddur. Burada bizə qarşı AŞPA rəhbərinin mövqeyi də birmənalı deyil". Bunu SİA-ya Milli Məclisin deputatı, Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü Rövşən Rzayev AŞPA-nın Yay sessiyasında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın AŞPA ilə münasibətlərinə yenidən baxması rəhbərliyin mövqeyindən asılıdır: "Hansı istiqamət veriləcəksə, o istiqamətdə də iş aparılacaq. AŞPA-nın Yay sessiyasında səsləndirilən fikirlər etməniləri dəstəkləməkdən başqa bir şey deyildi. Erməniləri dəstəkləyən qüvvələrin, erməni lobbisinin bütün səyləri nəticəsində onlar prosedur qaydalarından kənar hərəkət edə bildilər. Bunların da hər biri ondan ibarətdir ki, orada Azərbaycanın bir çox uğurları var".

R.Rzayev əlavə edib ki, ölkəmizin xarici siyasəti nəticəsində AŞPA-nın Azərbaycanla bağlı bir çox ədalətli qərarları var: "Xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə. Bütün bunların müqabilində ermənilər yanaşmalarını başqa cür qurdular. Onlar qaydalardan, beynəlxalq hüquqdan kənar Azərbaycanla bağlı bəndi dəyişib özlərinin xeyrinə yumşaltmaq istiqamətində iş apara bildilər. Amma buna baxmayaraq haqq-ədalət hər zaman Azərbaycan tərəfdə olub".

Bütün xəbərlər Facebook səhifəmizdə