Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana səfərə gəlib. SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB