Hikmət Babaoğlu: “Sarkisyan hərbi xunta rəhbəri olduğunu nümayiş etdirir” MÜNASİBƏT

Hikmət Babaoğlu: “Sarkisyan hərbi xunta rəhbəri olduğunu nümayiş etdirir” MÜNASİBƏT

"Serj Sarkisyan öz dolaşıq açıqlamaları ilə birinci dəfə deyil ki özünü biabir edir. Ziddiyyətli , məntiqsiz və biri-birini təkzib edən fikirləri ilə bu adam siyasətçi deyil, hərbi xunta rəhbəri olduğunu nümayiş etdirir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Riqada keçirilən "Şərq tərəfdaşlığı" ölkələrinin sammitində Ermənistan prezidenti Serj Sarkisyanın avantürist fikirlərinə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, bu adam ermənisayağı siyasi şivən qoparmaqla güclü Azərbaycan qarşısında nə qədər aciz durumda olduğunu göstərdi: "Bu siyasi vahimənin bir səbəbi də son zanmanlarda dinamik və dostyana inkişafda olan Rusiya- Azərbaycan münasibətləridir. Sarkisyan qorxur ki, birdən köhnə ağa ondan imtina edər. Özünə yeni ağa axtarmalı olduğundan ehtiyatlanır. Çünki ruhunda kölə psixalogiyası olan bir şəxs heç vaxt ağasız yaşaya bilməz. Onun çıxışı həm də təmsil etdiyi ölkənin ümumi hərbi psixoloji əhval ruhiyyəsinin göstəricisidir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə