Elmar Məmmədyarov: “Sammiti tərk etməyim haqda deyilənlər erməni uydurmasıdır” AÇIQLAMA
"Bizim üçün hüquqi baxımından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilk növbədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsasında olmalıdır". SİA-nın məlumatına bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinin Riqa sammitinin yekunu şərh edərkən deyib.
Nazir sammitdə yaşanan mübahisəli məqamlara aydınlıq gətirərək deyib: "Bildirdik ki, bizim üçün münaqişənin həlli prinsipi BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Onlar isə bunu sammitin Bəyannaməsinə salmaq istəmirdilər. Biz onlara dedik ki, bu sənədlər çox önəmlidir. Ona görə arada müəyyən narazılıq oldu. Amma sonradan belə razılığa gəldik ki, Azərbaycan imzasını geri götürməyəcək. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri ən önəmli hüquqi sənədlərdir və münaqişə bu sənədlər əsasında həll olunmalıdır".
E.Məmmədyarov əlavə edib ki, mayın 25-də Xarici İşlər Nazirliyinin adından Avropa İttifaqına xüsusi bəyanat göndəriləcək ki, Azərbaycan bu münaqişənin həllini necə görür: "Bu bəyanatı sammitin yekun sənədinə əlavə edəcəklər, bununla da məsələ bitmiş olacaq".
XİN başçısı guya sammiti yarımçıq tərk etməsinə də aydınlıq gətirib: "Belə bir şey olmayıb. Bu, Ermənistan tərəfinin növbəti uydurmasıdır. Çünki mənim sammiti yarımçıq tərk etməyim üçün heç bir səbəb yox idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB