İcra başçısı: "Yanan binadakı 45-dən artıq ailəyə yardım göstərilib"
Bakıda yanan binada 53 ailə yaşayıb, artıq onlardan 45-dən artığına gündəlik 1000 manat məbləğində konpensasiya ödənilib. SİA-nın xəbərinə görə, bunu Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sakinlər ətrafda yerləşən pansionatlarda yaşamaqdan imtina ediblər, onlar Bakıda kirayə qalmaq istəyirlər.
Artıq Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası qərara alıb ki, bütün ailələr Bakıda istənilən yerdə mənzil kirayələyə bilər. Bunun haqqı dövlət tərəfindən ödəniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB