"Aksiyalar keçirməyə meyilli olan dairələr xüsusilə də son bir il ərzində hələ də özlərinin uğursuz aksiyalarından nəticə çıxarmayıblar. Praktik şəkildə özünü doğrultmayan belə bir siyasi fəaliyyət üsulundan bu günə qədər niyə imtina olunmadığının səbəbləri mənim üçün də çox maraqlıdır. Görünür onlar hələki bu uğursuz taktikanı əvəzləyə biləcək yeni bir taktika tapa bilmədiklərinə görə bundan imtina edə bilmirlər". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Əli Kərimlinin "Bakı 2015" I Avropa Oyunları ərəfəsində böyük israrla mitinq keçirməsinə münasibət bildirərkən deyib.
Baş redaktorun sözlərinə görə, müzalifətin Bakı 2015" I Avropa Oyunları ərəfəsində uğursuz taktikanı yenidən gündəmə gətirmələri məyyən ehtimallara yol açır: "Çox gümanki onlar kütləvi aksiyaların əvvəlki dövrlərdə bir-birindən uğursuz şəkildə keçirilməsinin artıq fərqindədilər. Bu şəxslər sadəcə olaraq xaricdə müəyyən dairələrin diqqətini cəlb etməyə çalışırlar. I Avropa Oyunları ilə bağlı Azərbaycana xarici turistlərin, insanların gəldiyi bir anda çalışırlar ki, bu uğursuz aksiyalarla onların diqqətini özlərinə cəlb etsinlər".
A.Quliyev hesab edir ki, belə vəziyyətdə radikal müxalifət öz uğursuz taktikalarından imtina etməklə siyasi sistemdə özünün mövqeyini bir qədər möhkəmləndirə bilər: "Məsələnin digər tərəfi odur ki, xaricdəki siyasi dairələr, adi vətəndaşlar artıq anlamağa başlayıblar ki, siyasi aksiyalar ancaq ölkəmizə gələn qonaqların diqqətini cəlb etməyə hesablanıb. Düşünürəm ki, onlar bu taktikanın mahiyyətini bildiklərinə görə, xaricdən gələn adamlar belə müxalifətyönümlü aksiyalara heç bir maraq göstərməyəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB