"Çanaqqala zəfəri vətən uğrunda ölməyin müqəddəsliyini bir daha sübut etdi"

"Çanaqqala zəfəri vətən uğrunda ölməyin müqəddəsliyini bir daha sübut etdi"

Çanaqqala zəfərini qeyd etmək üçün 70-dən artıq ölkədən nümayəndə heyəti gəlmişdi. Çanaqqala zəfəri vətəni, doğma torpağı sevməyin, onun uğrunda vuruşmağın və ölməyin müqəddəsliyini bir daha sübut etdi". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsinə yazıb.

PA rəsmisi qeyd edib ki, Çanaqqala zəfərinin qeyd edilməsi, eyni zamanda bu gün gərginlik yaşayan dünyada sülh və barış çağırışı deməkdir.

Xatırladaq ki, aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı beynəlxalq səviyyəli tədbir keçirilib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə