Elçin Mirzəbəyli: “Ollanddan ədalətlə mövqe gözləmək düzgün deyil”
"Fransa prezidenti Fransua Ollandın aprelin 24-ü Ermənistana və daha sonra Azərbaycana planlaşdırılan səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməsi qeyri- mümkündür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, prezidentlərin görüşünü təşkil etmək üçün öncədən hazırlıq görülməlidir: "Prezidentlərin görüşünü reallaşdırmaq üçün ilk növbədə xarici işlər nazirləri görüşməli və prossesi planlaşdırılmalıdırlar. Xarici işlər nazirlərinin görüşü keçirilmədiyinə görə də, apreldə prezidentlərin görüşünün baş tutması inandırıcı görünmür. İndiki şəraitdə tarixdə olmayan bir hadisənin, qondarma soyqırımın ildönümü ilə bağlı Ermənistana səfər edən bir ölkənin prezidentindən ədalətli mövqe gözləmək düzgün deyil. Hər zaman olduğu kimi hazırki dövrdə də münaqişənin həllində ikili standartlar davam edir. İndiki şəraitdə isə bu ikili standartlar həm dünyada, həm də regionda yeni münaqişələrin yaranmasına səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB