Razi Nurullayev yeni partiya yaradır AÇIQLAMA

Razi Nurullayev yeni partiya yaradır AÇIQLAMA

"Bu günə qədər istər Milli Şuranın, istərsə də Müsavatın mitinqlərində zamanım olduğu hallarda iştirak edirəm". Bu sözləri SİA-ya açıqlamasında AXCP sədrinin sabiq müavini Razi Nurullayev deyib.
Onun sözlərinə görə, keçirilən mitinqlərdə bəzi subyektiv səbəblərdən iştirak etməyib: "Müsavatın aprelin 19-na planlaşdırdığı yürüşdə isə iştirak etməyi planlaşdırıram. Sadəcə zaman məhdudiyyəti səbəbindən keçirilən bəzi mitinq və aksiyalarda iştirak etməmişəm. Buna baxmayaraq, mənim Müsavata üzv olmaq kimi bir düşüncəm yoxdur. Artıq bir neçə dəfə qeyd etmişəm ki, yaxın zamanlarda öz siyasi təşkilatımı elan edəcəyəm. Hələ bunun detalları tam olaraq məlum olmasa da onu deyə bilərəm ki, yaranacaq siyasi təşkilat müxalifətdə olan və fəal siyasət aparan bir təşkilat olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə