"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin irəliləməsi üçün rəsmi İrəvan tərəfindən daha konkret konstruktiv mövqe nümayiş etdirilməlidir". Bunu SİA Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyevin sözlərinə görə, ötən ilin əvvəllində ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri oldu: "Onlar regiona səfərləri çərçivəsində Bakıda da bir sıra görüşlər keçirildi. Həmsədrlərlə keçirilmiş görüşdə Azərbaycan tərəfindən bir daha bəyan edildi ki, Azərbaycan "Böyük Sülh" sazişi üzərində işə başlamağa hazırdır. Hətta "Böyük Sülh" sazişi çərçivəsində İşçi qrupların da yaradılmasını rəsmi Bakı dəstəkləyir. Bununla belə müəyyən edilmiş vaxt çərçivəsində Azərbaycan bu əsnada danışıqlar aparılmasına hazırdır. Azərbaycanın belə bir hazırlıq ifadə etməsinə baxmayaraq həmsədrlər Ermənistana səfər etdiyi təqdirdə işğalçı ölkə tərəfindən bu məsələlərin hamısına neqativ cavab alıblar. Ona görə də danışıqlar prosesinin irəliləməsi üçün Ermənistan tərəfindən daha konkret konstruktiv mövqe nümayiş etdirilməlidir".
Qeyd edək ki, ATӘT-in Minsk qrupu həmsədrləri martın 31-də Vyanada Minsk qrupu üzvləri üçün rüblük brifinq keçiriblər. Həmsədrlər Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində hazırkı gərginliyi qiymətləndirib, tərəflərlə birlikdə hazırkı diplomatik səylərini qeyd ediblər. Onlar bu ilin sonuna kimi prezidentlərin görüşünün mümkünlüyünü və hərtərəfli sülh razılaşmasının əldə olunması üçün tərəflərin danışıqları davam etdirməsinin vacibliyini müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB