Politoloq: “Ermənilər vulqar, terrorçu xalqdır" AÇIQLAMA

“Azərbaycan -Türkiyə qardaşlığı ermənilərin “böyük ermənistan” yaradılması xülyasının üzərindən xətt çəkəcək!”
Politoloq: “Ermənilər vulqar, terrorçu xalqdır" AÇIQLAMA

"Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanda yaşayan azərbaycanlıların etnik təmizlənməsi nəticəsində bir milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarından erməni ordusu tərəfindən zorla çıxarılıb və hazırda qaçqın və məcburi köçkün halında yaşayır. Əslində ermənilər regiona xüsusi köçürülmə yolu ilə gəlmiş vulqar ,terorist bir xalqdır". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.

Politoloqun sözlərinə görə, köçürülmə yeri isə Türkiyə-Azərbaycan sərhədləri olması da təsadüf deyildir: "Bununlada "böyük ermənistan" yaradılması məqsədi ilə zaman-zaman ermənilərin həm Türkiyə -Azərbaycan, həmçinin də digər qonşu dövlət olan Gürcüstana ərazi iddeaları da özünü göstərib. Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqlarında yaradılması və paytaxtın da məhz tarixi Azərbaycan torpağı olan İrəvan şəhəri olması bir daha onu göstərir ki, ermənilərin nə tarixi dövləti, nə də bu ərazilərə yaxından və uzaqdan bağlılığı var".

R.Alıyev deyib ki, azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldığı halda bu gün ermənilər tarixdə olmayan bir hadisədən qondarma bir "soyqırım" düzəldərək dünyaya özlərinin vəhşi olduqlarını gizlədərək əzilmiş bir xalq olaraq göstərmək istəyirlər: "Ancaq həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayib Ərdoğan öz çıxışlarında ermənilərin iddia etdikləri hadisəyə dair bir tarixi sənədin ortaya qoyulması tələb olunub, bu da yoxdursa tarixçilərdən ibarət və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə ortaq bir komisiyanın yaradılması və hadisənin tarixçilər tərəfindən araşdırılması təklif olunsa da erməni tərəfi razılaşmayıb. Ona görə ki, dünyaya olmayan bir hadisəni "soyqırım" kimi təqdim etdiklərini özləri də yaxşı bilir. 24 aprel tarixində qondarma soyqırımla bağlı keçirəcəkləri tədbirə bir çox ölkələrin dövlət başçılarını dəvət etmələrinə baxmayaraq əksər ölkə rəhbərləri bu dəvəti rədd edib və bu addımla "qondarma erməni soyqırımı"nın uydurma bir anım tədbiri olduğunu bəyan etmiş oldular".

Vurğulanıb ki, 24 Aprel tarixində Türkiyədə Azərbaycan prezidenti ilə yanaşı bir çox ölkənin dövlət başçılarının da iştirak etdiyi Çanaqqala Zəfəri qeyd olunacaq. Bu tarixi qələbəni qeyd edəcəklər. Ermənilərin bu kimi ərazi iddeaları və qondarma soyqırım iddiası "böyük ermənistan" yaradılması xülyasından irəli gəlir. Ancaq həm işğalçı ölkə, həm də bütün dünya bilsin ki, Ermənistan bu "arzu və istəyinə" nail olmayacaq. Azərbaycan -Türkiyə qardaşlığı ermənilərin "böyük ermənistan" yaradılması xülyasının üzərindən xətt çəkəcək!".

Bütün xəbərlər Facebook səhifəmizdə