Misirdə keçirilən Ərəb Birliyi zirvəsində gündəmin əsas mövzusu Yəməndəki hadisələr olub. Sözügedən ölkədə əməliyyatın müddətinin hələ 5-6 ay davam edəcəyi deyilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ərəb ölkələrinin öz aralarında ortaq bir hərbi güc yaratmaq qərarının ardından Misirin Şarm əl-Şeyx şəhərində təşkil edilən Ərəb Birliyi sammitində gözlənildiyi kimi Yəmən mövzusunda ortaq bir rəftar göstərilib. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin hava əməliyyatının bir ay sürməsini nəzərdə tutduğunu ancaq bunun 5-6 aya qədər də davam edə biləcəyini qeyd ediblər. Mənbə Yəməndə Dövlət Başçısı Abdurabbu Mansur Hadinin liderlik etdiyi milli dialoq prosesinin Husilerle arasında çıxan münaqişənin ardından sona çatdığını da qeyd edərək həmçinin İranın bilvasitə mislləmə etməsini gözlədiklərini də əlavə edib. Buna görə İran rəhbərliyinin, Bəhreyn, Livan və Səudiyyə Ərəbistanının şərqindəki şiə əhalisi silahlı hərəkətlərə yönləndiriləbiləcəği də ifadə edilib.
Ərəb Birliyi sammitində diqqətlər Səudiyyə Ərəbistanı Kralı Selman, Yəmən prezidenti Abdurabbu Mansur Hadi və Misir prezidenti Abdülfettah əl-Sisinin üzərində olub. Kral Selman, çıxışında Yəməndəki bütün siyasi qruplara ölkədə yenidən sabitliyin təmin edilməsi üçün dialoq qurmaları fonunda Riyadın qapılarının açıq olduğu mesajını verdi. Misir prezidenti Sisi isə Yəmən, Liviya və digər bir çox bölgə ölkəsində yaşanan böhranlardan yola çıxaraq Ərəb ölkələrində böhranlara təcili müdaxilə olacaq "Ortaq Ərəb Gücü" nün qurulması lazım olduğunu söylədi. Yəməndəki müdaxilənin doğru zamanda reallaşdırıldığını ifadə edən Sisi, Libyadakı böhrana də susqun qalınmaması lazım olduğunu müdafiə edib.
Yəmən prezidenti Abdurabbu Mansur Hadi isə ortaq əməliyyatın Husilərin işğal etdikləri bölgələrdən çəkilib təslim olana qədər davam etməsi lazım olduğunu ifadə etdi. Hadi, Husi çəkilmələrini istəyib. Toplantıya Rusiya Dövlət Başçısı Vladimir Putin də mesaj göndərib. Belə ki, V. Putin mesajında Fələstinin müstəqil bir dövlət olması lazım olduğunu vurğulayaraq, Suriya, Liviya və Yəməndəki böhranların həll edilməsi üçün milli dialoqa və beynəlxalq hüquq prinsiplərinə işarə edib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB