"Ümumiyyətlə biz birinci Avropa Oyunlarının keçirilməsini Azərbaycanın dünyada tanıdılması istiqamətində bir vacib tədbir kimi görürük". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov "Human Rights Watch" təşkilatının bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını boykot etməsinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan heç də hamının xoşuna gəlmir: "O cümlədən "Human Rights Watch" və digər bu kimi təşkilatlarda özlərinə yuva yaradaq ölkəmizə xor baxırlar. Onlar sadəcə olaraq Azərbaycanı ləkələmək və ölkəmizin nüfuzuna xələlə gətirmək istəyirlər. Ancaq biz öz işimizi yaxşı qurduğumuz halda bu cür cəhdlər vəziyyəti dəyişə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB