Rəna Mirzəzadə: "Qərarda heç bir kəskinlik yoxdur”

Rəna Mirzəzadə: "Qərarda heç bir kəskinlik yoxdur”

"Qəbul edilən qərar ölkəmizdə fəaliyyət göstərən QHT-lərin fəaliyyət istiqamətinə işıq saçacaq". Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda politologiya şöbəsinin müdiri, professor Rəna Mirzəzadə Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"na etdiyi dəyişikliklərlə bağlı qərara münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, bütün dünya ölkələrinin özüəməxsus qanunları və həmin qanunlara uyğun da fəaliyyət istiqaməti var: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra hüquqi dövlətdir, vətəndaş cəmiyyəti quruculuğunu özü üçün əsas priroitet sahə kimi götürüb. Qanunauyğun olaraq bir qrup insanların müəyyən qurum yaratmaq səaliyyətləri təsbit edilib. Lakin bu qanunlar hər kəsə icazə vermir ki, istədiyi şeyi etsin. Hər hansısa qeydiyyatdan keçməyən bir qurumun xaricdən müəyyən maliyyə yardımı alaraq ölkədə pozuculuq fəaliyyəti aparması heç də düzgün deyil. Buna görə də Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları"na etdiyi dəyişikliklər məhz ölkəmizdəki QHT-lərin şəffaf şəkildə fəaliyyətinə hesablanmış bir qərardır. Ölkə özünün hüquqi dövlət quruculuğu istiqamətində, vətəndaş cəmiyyətinin quruculuğu istamətində qətiyyətli addımlar atır və bu addımları məhz sırf hüquqi qanunlarla tənzimləyir. Bu qanunlara uyğun hərəkət etmək istəməyən ölkə qanunlarını əleyhinə çıxmış olur. Qəbul edilən qərarda mən heç bir kəskinlik görmürəm əksinə bu dəyişiklik ölkəmizdə fəaliyyət göstərən QHT-lərin fəaliyyət istiqamətinə işıq saçacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə