YAP-ın İqtisadi məsələlər komissiyasının iclası keçirilib

YAP-ın İqtisadi məsələlər komissiyasının iclası keçirilib

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasının 2015-ci il üçün ilk iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda YAP-ın İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, hakim Partiyanın Siyasi Şurasının üzvü, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini, YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP-ın rayon təşkilatlarının sədrləri və hakim Partiyanın Gənclər Birliyinin üzvləri iştirak ediblər.

İclasda komissiyanın 2015-ci ildə fəaliyyət planı müzakirə edilib və fəaliyyət planında nəzərdə tutulan məsələlər haqqında məlumat verilib.

Komissiya sədri bildirib ki, bu günkü mövzu "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın birinci ilinin yekunları və 2015-ci il "Kənd Təsərrüfatı ili" əlaqədardır: "Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ilin yanvarın 27-də Heydər Əliyev sarayında böyük iclas keçirildi. Deyərdim ki, dövlət başçımız Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasında da, eləcə də digər iclaslarda yüksək səviyyədə çıxışlar edib. Amma "Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı" ilə əlaqədar Prezidentimizin qarşıda duran vəzifələr ətrafında bütün sahələr üzrə geniş proqramlı bir nitq oldu. Hesab edirəm ki, hər bir adam gərək bu işlərə çox diqqətlə yanaşsın".

E. İbrahimov deyib ki, bu ili xüsusilə möhtərəm Prezidentimiz cənab İlham Əliyev "Kənd Təsərrüfatı" ili elan etdi: "Heç şübhəsiz ki, dövlət başçısının kənd təsərrüfatına diqqəti və qayğısı həddindən artıq böyükdür. Qeyri-neft sektorunun ən prioritet sahəsi Aqrar sahədir. Torpaq həmişə var və bu torpaqdan istifadə edib insanlarımızı ərzaq təhlükəsizliyini təmin etməliyik".

YAP Siyasi Şurasının üzvü, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov diqqətə çatdırıb ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə aid olan bir çox sahələr var ki, biz də bu istiqamətdə fəaliyyət göstəririk: "Həmçinin biz cənab Prezidentin yekun nitqindən özümüz üçün gələcək planlarımızın əsas istiqamətlərini müəyyənləşdirdik. Dövlət başçısı regionların inkişafı istiqamətində əsas beş məsələni qoydu. Birinci növbədə infrastruktur layihələrinin həyata keçirilməsi idi. Bu layihələrdən danışanda XXI əsrin ən böyük infrastrukturu informasiya şəbəkəsi infrastrukturu idi. Biz stasionar, mobil rabitə şəbəkələrinin, həmçinin də internetin inkişafı üçün müəyyən nəticələr əldə etmişik. Bu gün internet istifadəçilərinin sıxlığı Azərbaycanda 73 faizdir. Çox maraqlıdır ki, bu göstərici Bakı şəhəri üzrə 87, regionlar üçün isə 68 faiz sayılır. Bu o deməkdir ki, sözün həqiqi mənasında regionların inkişafına böyük diqqət yetirilir. Bu il dünyada 40 ölkə ancaq bütün ölkəni mobil data xidmətlərinin verilməsi ilə əhatə edə bilir. Azərbaycan dünyada 8-ci ölkədir ki, dövlət-informasiya texnologiyalarının inkişafına diqqət dərəcəsi, indeksinə görə seçilir".

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev vurğulayıb ki, Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının ardıcıl, sistemli, görülən işlər, qarşıda duran vəzifələr və dünya miqyasında baş verən hadisələrə verdiyi qiymət akademik yükə malik bir çıxış idi: "Biz dünyanın iri dövlətlərini görür və orada baş verənləri aydın sezirik. Hər birimiz şahidik ki, düzgün siyasət, rəhbərlik olmadıqda ölkə (Ukrayna və s.) hansı vəziyyətə düşür. Bu gün Ukraynanın əvvəlki vəziyyətinə qayıtması üçün ən azı 20 il vaxt lazım olacaq. Bizim isə baxmayaraq ki, ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var amma dövlətimiz günü-gündən inkişaf edir".

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına gəldikdə isə deyərdim ki, cənab Prezidentin çıxışından çox böyük nəticələr ortaya qoymaq olar: "Son bir il ərzində Azərbaycanın iqtisadi və sosial inkişafı sahəsində artıq bir neçə illərdir ki, əldə etdiyi uğurlar davam edir. Azərbaycanın davamlı, dayanıqlı inkişafı bu bir ay ərzində də tamamilə yeni rakursda inkişaf edib".

Sonda iclas diskussiya şəklində davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə