Hərbi ekspert: “Ermənistan və o hadisədə işirak edənlər cavab verməlidir” AÇIQLAMA
"Azərbaycan dövlətinin Xocalı və Dağlıq Qarabağdakı vəhşiliklərə görə Ermənistanı Haaqa məhkəməsinə verməsinə böyük mənəvi haqqı var". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.
Hərbi eskpertin sözlərinə görə, hətta bununla bağlı zaman-zaman fikirlər səsləndirilir: "Azərbaycanın qeyri-hökumət təşkilatları da bu işdə aktivdir. Xüsusilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr və Leyla Əliyevanın "Xocalıya Ədalət" kampaniyası çərçivəsində gördüyü işlər təqdirəlayiqdir. Bu, sübut olunmuş faktlardır. Hesab edirəm ki, bu vəhşiliklərdə günahı olanlar cəzalandırılmalı və məsuliyyətə cəlb edilməlidir. Onlar Azərbaycan xalqından üzr istəyərək ölkəmizə dəyən təzminatı ödəməlidir və beynəlxalq ictimaiyyət də bunu tanımalıdır".
E.Həsənli bildirib ki, ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində son dövr bir çox dövlətlər bu işğal faktını tanıyırlar: "Artıq bütün dünyanın dörd bir yanında ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasını tanınır. Bu onu göstərir ki, XX əsrin sonunda Azərbaycanlılara qarşı törədilən vəhşiliklər genosid, cinayət hadisəsidir. Məhz buna görə də Ermənistan və o hadisədə işirak edənlər cavab verməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB