"Beynəlxalq hüquq normalarına əsasən Ermənistan işğalçı dövlət elan olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ermənistana sanksiyalar tətbiq edilməlidir: "BMT-nin nizamnaməsinə uyğun olaraq hər bir xalqın öz ərazi bütövlüyünü qorumaq və təcavüzkar dövlətə qarşı mübarizə aparmaq hüququ vardır. Yəni bu hüquqlardan istifadə edərək Azərbaycan Ermənistana qarşı tam hüquqla antiterror əməliyyatları apara bilər. Ancaq bu münaqişə artıq beynəlmiləl xarakter alıb. Bu məsələnin həlli üçün də ATƏT-ə xüsusi tapşırıqlar verilib. Ancaq məlum məsələdir ki, bu təşkilatları idarə edən beynəlxalq güclər var. Bu güclər münaqişələrin hərb yolu ilə həllinə razılıq vermirlər. İlk növbədə isə Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan Rusiyadır. Rusiyanın Cənubi Qafqazdakı mövqeyi zəifləməyənə qədər Azərbaycan separatçı quruma qarşı antiterror əməliyyatları apara bilməz. Bu, çox riskli addım ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB