"ATƏT-in Minsk qrupunun hazırkı tərkibi ilə heç bir məsələnin həllinə nail olmaq mümkün deyil". SİA-nın məlumatına görə, bunu millət vəkili Azay Quliyevə Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib
Millət vəkili bildirib ki, Azərbaycan rəsmi şəkildə ATƏT-in Minsk qrupunun tərkibinə yenidən baxılması, genişləndirilməsi ilə bağlı məsələsini qaldırmalıdır: "Hesab edirəm ki, artıq bunun vaxtı çatıb. Almaniyanın bu qrupa gətirilməsi, Türkiyənin də bu formata daxil edilməsi vacibdir. Çünki Türkiyənin bu istiqamətdə müəyyən təsir imkanları var. Hazırkı qrupda hər 3 həmsədr – ABŞ, Fransa və Rusiya birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Fransa Ermənistana kiçik qardaş deyir, ABŞ maliyyə yardımı göstərir. Ədaləti bərpa etmək üçün bu qrupun tərkibinə yenidən baxılmalıdır. ATƏT PA-nın sessiyasında bu məsələni rəsmi şəkildə qaldırmaq niyyətindəyəm".
Azay Quliyev Serj Sərkisyanın beynəlxalq məhkəməyə verilməsi ilə bağlı petisiya hazırlandığını və bütün ictimaiyyəti bu petisiyanı dəstəkləməyə çağırıb: "Bu petisiyanın qəbulu üçün 100 min imza lazımdır. Ümid edirəm ki, bu imzaları qısa zamanda təqdim edəcəyik. Ancaq, KİV-lər bu məsələdə bizə informasiya dəstəyi göstərməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB