Sədr müavini: “Radikal müxalifətin sıralarından istefalar, ayrılmalar baş verir” AÇIQLAMA
"Əli Kərimli ilə İsa Qəmbərin indiyə qədər yaratdığı bloklar özlərinin iradəsi ilə deyil, beynəlxalq təşkilatların göstərişi və sifarişi ilə yaranıb". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı AXCP və Müsavatın təmsil olunduğu blokların tez dağılmasına münasibət bildirərkən deyib.
Sədr müavinin sözlərinə görə, seçki bitdikdən sonra isə blok dağılıb və yenə də bir-birinə olan nifrət və aşağılamaq kampaniyası davam edib: "Bu adamlar 20 ildən artıqdır ki, bir-biri ilə mübarizə aparırlar. Önə keçmək, birinci olmaq iddiasından əl çəkməyiblər. Beynəlxalq təşkilatların göstərişindən kənar çıxa bilmirlər, əgər bu il də sifariş gəlsə, parlament seçkilərində birgə blokla iştirak edəcəklər. Buna heç kimin şübhəsi olmasın. Bu siyasi düşərgənin Azərbaycan xalqından ciddi dəstəyi olmur. Sonuncu parlament seçkilərində birgə blokları var idi və 125 yerdən bir nəfər də olsun uğur qazanmayıb. İnanmıram ki, növbət seçkidə də, uğur qazansın. Hal-hazırda radikal müxalifətin sıralarından istefalar, ayrılmalar baş verir"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB