Elmar Məmmədyarov Aşqabada gedib

Bu gün Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak etmək üçün Türkmənistana yola düşüb.

Xatırladaq ki, bundan öncəki görüş 2014-cü ilin 26 may tarixində Bakıda keçirilib.

Bakı görüşündə regional layihələr, eləcə də enerji sahəsində əməkdaşlıq və enerji marşrutları müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə