Nərgiz Xələf: “Biz gənclər bu istiqamətdə əlimizdən gələni əsirgəməməliyik” AÇIQLAMA
"Qədim tarixə malik Azərbaycan cari müstəqillik illərində gənclər siyasəti ilə bağlı aparılan strateji işin ən yüksək dönəmini yaşayır. Ölkə gənclərimizin həyatında olan müsbət dəyişikliklər 2005-2009, 2011-2015-ci illər gənclər üçün dövlət planının da uğurlu yekunlaşmasına sübut oldu. Əminəm ki, ötən gün cənab Prezident İlham Əliyevin "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam ölkəmizin uğurlu gənclər siyasətində daha bir müsbət dönüş yaradacaq". Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələf deyib.
AGAT-ın sədr müavinin sözlərinə görə, hər bir millətin gələcəyi onun gəncləri ilə ölçülür. Gənclik nə qədər intellektual, dünyagörüşlü, savadlı, innovativ olarsa, bir o qədər də xalqın gələcəyi qərarlı olar. Azərbaycan Prezidenti tərəfindən imzalanan "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" da məhz buna söykənir. Ümumilikdə sözügedən bu sərəncam gənclərin intellektual fiziki və mənəvi inkişafını, eləcə də onların ölkənin sosial, iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin edir. Ümidvaram ki, bu 10 il ərzində aidiyyatı qurumlar bu sərəncamdan çıxış edərək gənclərimizin problemlərinin müsbətə doğru aradan qaldırılmasına xidmət edəcək. Amma vacibdir ki, biz gənclər də öz öhdəmizə düşən bütün vəzifələri həyata keçirdək. Ümumiyyətlə Azərbaycan dünyada Ailə institutunun qorunduğu nadir ölkələrdəndir. Cənab Prezident İlham Əliyevin hər zaman ən vacib məsələ kimi götürdüyü və bu istiqamətdə gördüyü böyük işlərdən biri də işsizlik məsələsidir. Əminəm ki, bu 10 il gənclərimizin işsizlik məsələsinin aradan tamamilə qaldırılması istiqamətində məshuldar illərdən olacaq. Təbii ki, biz gənclər də bu istiqamətdə (işsizliyin aradan qaldırılması) əlimizdən gələni əsirgəməməliyik".
N. Xələf bildirib ki, gələn ay ölkəmizdə keçiriləcək 2 Fevral Gənclər Günü də biz gənclər üçün çox böyük bir motivasiyadır: "Hər il fevral ayının 2-ni böyük səbirsizliklə gözləyirik. İl ərzində çalışırıq ki, Vətəndaş Cəmiyyəti nümayəndələri, QHT olaraq elə bir fəaliyyət həyata keçirək ki, bu işimizlə gənclər gününə layiq olaq. Ümumiyyətlə dövlət başçısının 2 Fevral Gənclər Günündə fərqlənən gənclərimizi Prezident təqaüdü ilə sevindirməsi bizim üçün çox böyük bir töhfədir. AGAT 2009-cu ildə Azərbaycanda yaşayan Milli İcmaların Gənclər Təşkilatları Koordinasiya Şurasını yaratmışdı. Həmin şuraya yunan, yəhudi, Polşa, tatar, Ukrayna, türk və s. müsxtəlif dindən, millətlərdən olan gənclər təşkilatları daxildir. Biz çalışırıq ki, hər il 2 fevralı onlarla bərabər qeyd edək. Çünki Azərbaycan tolerantlıq diyarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB