Mustafa Hacıbəyli AXCP-nin rədd cavabına normal baxır? İLGİNC MÖVQE
"Əli Kərimlinin Arif Hacılının əməkdaşlıq təklifinə normal baxıram". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Müsavat Partiyasının başqanı Arif Hacılının parlament seçkiləri ilə bağlı əməkdaşlıq təklifini dəyərləndirəcəyini, lakin sonradan bu əməkdaşlığın mümkünsüzlüyünü dilə gətirməsinə münasibət bildirərkən deyib.
Mustafa Hacıbəyli qeyd edib ki, əsas Müsavatın sərgilədiyi mövqedir: "Müsavat bu addımı atdı və bundan sonra da atacaq. Bu baxımdan, hansı cavabı verməsindən asılı olmayaraq, Əli Kərimlinin cavabına normal yanaşıram"
Müsavat rəsmisi bildirib ki, AXCP-nin Müsavat Partiyasının təklifini rədd etməsinə rəğmən, partiya digər siyasi müxalifət partiyaları ilə əməkdaşlıq etməyi düşünür: "ADP, Ümid və s. Partiyalarla seçkilərə hazırlaşmağı planlaşdırmışıq".
Mustafa Hacıbəyli eyni zamanda təmsil olunduğu partiyada yalnız İsa Qəmbərin deyil, başqan Arif Hacılının da namizəd olacağını istisna etməyib: "Şübhəsiz ki, Arif Hacılı da öz namizədliyini verəcək".
Xatırladaq ki, Mustafa Hacıbəylidən fərqli olaraq, digər Müsavat funksionerləri AXCP sədri Əli Kərimlinin müxtəlif mövqe sərgiləməsini kəskin şəkildə pisləyiblər. Onlar Cəbhə sədrini qeyri-etiklikdə və sözünü tutmamaqda ittiham edirlər.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB