Politoloq: “Azərbaycan rəhbərliyi girovların azad edilməsi istiqamətində ciddi işləyir”
"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dilqəm Əsgərovun saxlanılması məsələsini Ermənistanla müzakirə edəcəyinə dair açıqlaması göstərir ki, Azərbaycan rəhbərliyi girovların azad edilməsi istiqamətində ciddi işləyir". Bunu SİA-ya politoloq Qabil Hüseynli məsələyə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, Azərbaycan girovların azad edilməsi məsələsində Rusiya ilə olan əlaqələrindən geniş istifadə edir: "Güman edirəm ki, Azərbaycan tərəfi Rusiyanı girovların günahsız olduğuna inandıra biləcək. Girovların azad edilməsi çox vacib məsələlərdən biridir. Rusiya girov vətəndaşı Dilqəm Əsgərovun azad edilməsi üzərində çalışır. Yəqin ki, Ermənistandan onun azad edilməsini tələb edir".
Sergey Lavrovun ikinci dəfə bu məsələyə münasibət bildirdiyini xatırladan politoloq deyib ki, girovların azad edilməsi reallaşa bilər: "Sergey Lavrov bildirdi ki, bu məsələ Ermənistanla müzakirə olunacaq. Hesab edirəm ki, Rusiya istəsə, forpostu olan Ermənistan girovları asanlıqla azad edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB