Deputatımız Brüsselə səfər edəcək

Deputatımız Brüsselə səfər edəcək

Milli Məclisin deputatı Asim Mollazadə yanvarın 19-da Brüsselə səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər yanvarın 22-də başa çatacaq. Səfər zamanı deputat Avronest Parlament Assambleyasının Belarus üzrə işçi qrupunun toplantısında iştirak edəcək, qurumun siyasi komitəsinin qeyri-rəsmi iclasında bu komitənin fəaliyyəti ilə bağlı müzakirələrə qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə