Müşviq Ələsgərli: “Arzu edərdik ki, digər həmkarlarımız da səhvlərini başa düşsünlər" AÇIQLAMA
"Prezident İlham Əliyev hakimiyyətdə olduğu dövrdə çoxsaylı əfv fərmanı imzalaması, ümumiyyətlə, bu sayaq humanist addımlar atması xüsusi olraq dəyərləndirilməlidir". Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli ötən gün Prezident İlham Əliyev tərəfindən imzalanan əfv fərmanı ilə iki jurnalistin də azad olunmasına münasibət bildirərkən deyib.
Sədr müavinin sözlərinə görə, dövlət başçısının hakimiyyətdə olduğu dövrdə artıq bir neçə dəfədir ki, əfv sərəncamların şahidi oluruq: "Əfv sərəncamları ilə yüzlərlə məhkum həbsdən azad olunaraq öz ocaqlarına, evlərinə və ailələrinə qovuşur. Prezidentin sərəncamı ilə bu dəfə bizim iki həmkarımız da azadlığa çıxıb. Bu isə bizlərə çox böyük sevinc bəxş edir. İstənilən halda, peşə fəaliyyəti ilə həbs olunmasalar belə, media nümayəndəsinin həbsə düşməsi normal hal deyil. Məhkumlar öz səhvlərini, törətdiyi əməlləri başa düşüb əfv komissiyasına müraciət edirlərsə və dövlət başçısı da onların adlarını əfv olunanlar siyahısına daxil edirsə bu, çox məqbul haldır. Biz arzu edərdik ki, digər həmkarlarımız da həbsxanada öz səhvlərini başa düşüb və bunun aradan qaldırılması üçün addımlar atsınlar. Ümumilikdə Prezidentin bu əfv sərəncamı alqışlanası bir haldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB