Özbəkistan prezidenti İslam Kərimov Azərbaycan Prezidentini doğum günü münasibəti ilə təbrik edib. SİA-nın xəbərinə görə, İ. Kərimovun təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Bu gün biz Sizin rəhbərliyinizlə Azərbaycanda dövlət quruculuğu və ictimai quruculuq, iqtisadiyyat və sosial inkişaf sahələrində genişmiqyaslı dəyişikliklərin və əsaslı islahatların həyata keçirilməsinin, ölkənizin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsini təmin edən ardıcıl və prinsipial xarici siyasət kursunun şahidiyik.
Əminəm ki, ənənəvi dostluq, qarşılıqlı etimad və bir-birinin maraqlarına hörmət prinsipləri üzərində qurulan Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığı bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyi naminə çoxplanlı və qarşılıqlı faydalı əməkdaşlığımızın sarsılmaz əsası olaraq qalacaq. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzularımı bildirmək istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB