Bilik Fondu Ulu öndərin xatirəsini yad etdi FOTOLAR

Bilik Fondu Ulu öndərin xatirəsini yad etdi FOTOLAR

Muğam Teatrında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü ərəfəsində anım tədbiri təşkil edib. Fonddun İnformasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, tədbiri Bilik Fondunun aparat rəhbəri professor Rəfael Həsənov açaraq qonaqlara Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. R.Həsənov deyib ki, nadir tarixi şəxsiyyətlərdən olan Ulu Öndərin parlaq zəkası Azərbaycanı çətin siyasi proseslərdən üzüağ çıxarıb və ölkəmizin bölgədə, ümumiyyətlə, dünyada layiqli yer tutmasına şərait yaradıb.

Bakıda məskunlaşmış Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini Elnurə Abdullayeva Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən bəhs edib, onun Azərbaycan mədəniyyəti və incəsənətinin iinkişafına verdiyi töhfədən danışıb.

Sonra Şuşa Dövlət Musiqili Dram Teatrının Zəlimxan Yaqubun "Böyük ömrün dastanı" poeması əsasında hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.

Tədbirdə Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin iştirakçıları olan Səbail rayonu 189-190 saylı məktəb kompleksinin, Nizami rayonu 145 saylı, Yasamal rayonu 158 və 53 saylı orta məktəblərin, BSU-nun Məktəb-lisey kompleksinin müəllim və şagird kollektivi, fondun əməkdaşları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə