Diplomat: “Azərbaycanla Rusiya və Gürcüstan arasında sərhədlərin demarkasiyası prosesi davam etdirilir”

Diplomat: “Azərbaycanla Rusiya və Gürcüstan arasında sərhədlərin demarkasiyası prosesi davam etdirilir”

"Artıq Azərbaycanla Rusiya arasında dövlət sərhədlərinin delimitasiya məsələlərini başa çatdırmışıq. Dövlətlərarası müqavilə imzalanaraq qüvvəyə minib. Müqavilənin tələblərinə uyğun olaraq, hər iki dövlət sərhədlərin demarkasiyası prosesini aparırlar". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, sərhədlərin demarkasiyası prosesi uzun müddətli fəaliyyət olduğundan bir neçə il davam edəcək: "Bu proseslə bağlı dövlət komissiyaları fəaliyyət göstərir. Artıq mütəmadi olaraq bir neçə görüşlər də keçirilib. Bu görüşlər çərçivəsində demarkasiyanı həyata keçirmək üçün müvafiq normativ sənədlər qəbul edilib. Həmin sənədlər Milli Məclisdə qanuni sənədlər olaraq təsdiqlənib. Azərbaycan-Rusiya sərhədlərinin uzunluğuna görə bu fəaliyyət bir neçə il fəaliyyət göstərəcək. Bu illər çərçivəsində dövlət komissiyası daima fəaliyyət göstərəcək. Dövlət komissiyalarının nəzdində olan işçi qrupları da bu fəaliyyətin əlaqələnmdirilməsini və ardıcıllığını təmin edəcəklər".

"Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesini aparırırq. İndiyə qədər dövlət sərhəddinin böyük hissəsi komissiyalar səviyyəsində razılaşdırılıb. İşlər hələ də davam etdirilir. Gürcüstan tərəfindən olan həmsədrlə razılaşmışıq ki, 2015-ci ilin əvvəlində məsləhətləri yenə davam etdirək. Dövlət komissiyası da öz işini davam etdirəcək ki, razılaşdırılmamış sərhəd xətlərinin 1/3 hissəsində də razılıq əldə edilsin" – deyə, diplomat sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə