Azərbaycanın Pakistandakı səfirliyi xeyriyyə bazarında iştirak edib
Ötən gün Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən İslamabadda təşkil olunmuş xeyriyyə bazarında iştirak edib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, xeyriyyə bazarında Pakistanın birinci xanımı Mahmooda Mamnun, baş nazirin xarici işlər və təhlükəsizlik üzrə müşaviri Sərtac Əziz, xarici işlər üzrə dövlət naziri Tariq Fatemi, xarici işlər katib Aiziaz Çoudri, senatorlar, Milli Assambleyanın deputatları, digər qurumların nümayəndələri, jurnalistlər iştirak ediblər.
Bazarda İslamabadda akkreditə olunmuş səfirliklər öz ölkələrinin tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı müxtəlif milli məişət əşyaları, suvenirlər, həmçinin milli mətbəx nümunələri nümayiş etdiriblər.
Azərbaycan guşəsində İçəri Şəhər, Şirvanşahlar sarayı, Qız Qalası, Şəki xanlarının sarayı, Nizami məqbərəsi, Mömünə Xatun türbəsi, həmçinin Bakının qədim və müasir abidələrinin maketləri, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş nəşrlər, Azərbaycanın iqtisadi inkişafından və mədəni həyatından, Azərbaycan-Pakistan dostluq münasibətlərindən bəhs edən kitablar nümayiş etdirilmişdir. Həmin eksponatların xeyriyyə məqsədi üçün satışı təşkil edilmişdir. Azərbaycan guşəsində olan ziyarətçilər Azərbaycanın zəngin mətbəxinin nümunələri ilə tanış olublar.
Pakistanın birinci xanımı, baş nazirin müşaviri, xarici işlər üzrə dövlət naziri və katibi Azərbaycan guşəsinə gələrək ölkəmizin iqtisadi inkişafına dair kitablarla maraqlanmış, suvenirlərə, müxtəlif eksponatlara və Azərbaycanın milli şirniyyatları ilə tanış olublar.
Satışlardan əldə olunmuş vəsait Pakistan xeyriyyə fonduna köçürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB