Müxalifətyönlü QHT-lər hər zaman xarici marqalı qüvvələrlə əməkdaşlıq etməklə onlardan maddi və mənəvi dəstək əldə etməyə çalışırlar. Maddi yardım alsalar da cəmiyyət onları tənqid edir, ittihamlara məruz qoyurlar. Son vaxtlar ənənəvi ampluasından çıxış edən qondarma hüquq müdafiəçisi Leyla Yunus noyabrın 25-də saxlandığı kamerada "dəhşətli işkəncələrə məruz qaldığını" iddia edib. Söz yox ki, bununla L.Yunus bir daha beynəlxalq təşkilatların diqqətini özünə cəlb etməyə ümid bəsləyib. Söhbət etdiyimiz müsahiblərimiz isə L.Yunusun bu dəfəki, cəhdlərinin də nəticəsiz qalacağını bildirdilər.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
- Müxalifətin təsiri altında olan Leyla Yunus kimi QHT rəhbərlərinin bilərəkdən Azərbaycan dövlətinin və xalqının əleyhinə reallığı özündə əks etdirməyən əməllərə əl atması yersiz bir hərəkətlərdir. Ümumiyyətlə, demək olar ki, Azərbaycanın müstəqillik qazandığı dövrdən bəri bəzi xarici qüvvələr var ki, ölkəmizin əldə etdiyi uğurlara qisqanclıq hissi ilə yanaşaraq müxalifətyönümlü QHT-lərə maliyyə yardımları ayırmaqla çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Həmin xarici qüvvələrin də əsas məqsədi ölkənın inkişafı istiqamətində gedən hadisələrə mane olmaqdan ibarətdir. Halbuki, beynəlxalq qurumların müxalifətyönümlü QHT-lərə verdiyi tapşırıqlar heç vaxt işə keçərək reallaşmır. Söz yox ki, bu cür yersiz hərəkətləri ilə onlar uzağa gedə bilməzlər.
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:
- Bildiyiniz kimi, hər zaman beynəlxalq qurumların ayrı-ayrı ölkələrlə bağlı öz maraqları var. Bu baxımdan da, həmin beynəlxalq qurumların maraqlı olduğu ölkələrə bağlı öz şəxsi mənafeylərini həyata keçirmək üçün məhz Leyla Yunus kimi ələ baxan QHT-lərdən istifadə etməyə çalışırlar. Təbii ki, sapı özümüzdən olan baltaların bu cür hərəkətlərə əl atmasının səbəbi onların xarici qüvvələr tərəfindən maliyyələşməsi ilə bağlıdır. Ümumiyyətlə, onlar bu cür hərəkətləti ilə xalqın gözündən özlərini tamamilə salırla. Belə satqın və xəyanətkarlara isə aramızda yer ola bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB