PA rəsmisi: “Bunların ən böyük faciələri gələcək prespektivlərinin olmamasıdır” AÇIQLAMA
"Düşünürəm ki, Ermənistanda bu proseslərin getməsi təbiidir. Çünki gec-tez onsuzda işğalçı ölkədə Serj Sarkisyana qarşı ittiham xarakterli kütləvi aksiyalar olacaqdı". Bunu SİA-ya Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ermənistanda keçirilən kütləvi aksiyaların Serj Sarkisyan rejiminin sonu olacağına dair səslənən fikirlərə münasibət bildirərkən deyib.
PA rəsmisinin sözlərinə görə, Ermənistan rəhbərləri 20 il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əllərində bəhanə gətirərək və bu münaqişə ilə bağlı yaranmış situasiyadan istifadə edərək öz hakimiyyətlərini qoruyub saxlayırlar: "Təbii ki, zaman-zaman müəyyən problemlər yaranır. Amma onlar üçün problem yarananda, bəhanə taparaq provokasiya, təxribatçılıq hərəkətlərini ortaya qoyurlar. Hətta qədim Çin rəvayətində belə bir fikir var ki, "bir adam bir adamı həmişə aldada bilər. Bir adam bir qrupu bir müddət aldada bilər. Bir adam hamını həmişə aldada bilməz". Mən bunu bir növ Ermənistan rəhbərliyi və həmin o rəhbərliyə gəlib özlərinin durumunu, statusunu saxlamaq üçün canfəşanlıq edib addımlar atanların ünvanına söyləyirəm. Onlar hətta erməni xalqını da həmişə aldada bilməyəcəklər".
Novruz Məmmədov deyib ki, işğalçı ölkənin xalqı 22 ildir ki, səfalət, çətin vəziyyət, iqtisadi böhran içərisindədir: "Ölkədə sosial vəziyyət pisdir, inkişafdan isə söhbət gedə bilməz. Bunların ən böyük faciələri gələcək prespektivlərinin olmamasıdır. Məhz buna görə də onlar gec-tez ayağa qalxıb, bu cür avanturist rəhbərləri kənara atacaqlar. Buna heç bir şübhə ola bilməz. Sadəcə olaraq təmas xəttində vertolyotun vurulması ilə bağlı son baş verən məlum hadisə erməni xalqında müəyyən hissləri daha da gücləndirdi. Onlar günahsz insanları cəbhəyə göndərirlər və orada məhv olurlar, öldürülürlər. Bu, onlara dərs oldu ki, belə addımlar atmaq lazım deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB